Quru, dəniz, hava və dəmir yolları ilə kompleks halında vaxtında daşınma xidmətini həyata keçirən Logist MMC yükün ən optimal çatdırılma trayektoriyasını müştərinin ehtiyacına uyğun olaraq təklif edir. Logistin peşəkarları yükünüzün növündən, büdcəniz və zamanınıza uyğun olaraq ən optimal ölkədaxilinə və xaricinə daşınma metodunu təşkil edir. Yüklər tam və hissəli gətirilə (FTL və LTL) bilər. Həmçinin eksport edilən malları tam yüklənmiş TIR lar ilə dünyanın 30 ölkəsindən çatdırılması həyata keçirilir. Bundan əlavə logistika üzrə mütəxəssislərimiz əlverişli qiymətə beynəlxalq paletli daşınma təşkil edə bilər. Beynəlxalq yüklərin sığortalanması da Logist MMC tərəfindən həyata keçirilir.
Məhsulları ölkədaxili yerləşən müəssisələrə – satış məntəqələrinə, kafe-restoran, otellərə, biznes mərkəzlərinə, tikinti sahələrinə və ya digər obyektlərə çatdırılmasını naviqasiyada ən son yenilikləri tətbiq edərək həyata keçirilir. Bakı və ətrafı ərazilərə 24 saat, bölgələrə isə 48 saat ərzində mallar çatdırılır. Müştərilərin ehtiyacına görə kross-dokinq xidməti təklif olunur. İrihəcmli və ya xüsusi hazırlıq tələb edən yüklər üçün çatdırılma planı hazırlanır və ən qısa zaman çərçivəsində icra edilir.
3PL Xidmətlərinə daxildir:
Ölkə daxili çatdırılma
Anbarda toplanan bütün sifarilərin razılaşdırılmış vaxtda müştərilərə qüsursuz çatdırılmasıni həyata keçiririk.
Çatdırılma xidmətlərinə daxildir:
info@logist.azTelefon: +994 12 210 00 55
Mob: +994 55 204 54 84