LOGİST şirkəti müştərilərin fərdi ehtiyaclarına uyğun hər növ logistik həllər təklif edir. Bizim xidmətlər müştərilərimizin bazarda rəqabət mövqelərini gücləndirməsinə dəstək olur. Biz fəal, məsuliyyətli, yüksək iş əxlaqına sahibik və işlərimizdə şəffaflığı təbliğ edirik. Logistika prosesinin hər mərhələsində müştərilərimizlə əmakdaşlıq edirik.

LOGİST MMC öz biznesinin inkişafına fokuslanmaq istəyən şirkətlər üçün ən optimal tərəfdaş seçimidir.

Xidmətin dəyəri haqqında məlumat alın

Məktubunuz 24 saat ərzində cavablandırılacaq

⠀Hansı xidmət növü ilə maraqlanırsınız?
⠀Hardan hara yük daşınması üçün qiymət təklifi istəyirsiniz?
⠀Ehtiyaclarınız haqqında yazın.

AZƏRBAYCANDA BU İŞİ ƏN YAXŞI BİLİRİK

Təcrübəli və peşəkar komandamız üçün göstərdikləri xidmətlərin keyfiyyəti ən önəmli meyardır. Biz qürurla deyə bilərik ki, işimizi ən yüksək səviyyədə görürük və müştərilərimizin gözləntilərini doğrulduruq.

Sürətli Xidmət

Təhlükəsiz Çatdırılma

24/7 Dəstək

3PL Logistik xidmət

Anbar Əməliyyatları

Gömrük Rəsmiləşdirilməsi

Əlavə dəyər xidmətləri

Müxtəlif biznes sahələrində fəaliyyət göstərən şirkətlərin mallarının ölkə xarici və daxili daşınmasını təmin edirik. Müxtəlif ölçülü, ağır çəkili, xüsusi spesifikasiyalı malların qayğı ilə zamanında qapınıza çatdırılacaq.

Əlverişli coğrafi yerləşməsi olan, ən son texnologiyalar və rəf sistemi ilə təmin edilmiş anbarımızda 24/7 təhlükəsizlik nəzarəti mövcuddur. Burada daima yük və malların məsul alınması, yüklənməsi və əlverişli şəraitdə saxlanılması prosesi həyata keçirilir. Malların qəbulu zamanı çeşidlənməsi, palletlənməsi və streçlənməsi kimi xidmətlər təklif olunur. Sifarişlər FİFO, FEFO, LİFO və LEFO qaydalarına uyğun yığılır. Anbar xidmətlərinə həmçinin yararsız və iadə edilmiş malların qəbulu və utilizasiyası daxildir. Anbardakı mallar bütün parametrlərlə (son istifadə tarixi (SİT), barkod, lot kod, partiya kodu və s.) inventarlaşdırılır.

Bizim əməkdaşlar malların idxal və ixrac sənədlərinin hazırlanması, gömrük yoxlaması zamanı müştəri təmsilçiliyi, bəyannamələrin hazırlanmasını həyat keçirir. Bundan əlavə gömrük xərclərinin optimallaşdırılmasını təmin edir.

Logist MMC bir sıra əlavə dəyər xidmətlərini təklif edir. Bura, qutulama, paketləmə, bandlama, məhsullara müxtəlif maarifləndirici və izahedici stikerlərin vurulması, hədiyyəlik paketlərin hazırlanması daxildir. Bu cür xidmətlər müştərilərimizin effektliyini və gəlirliyini artıraraq onların bazarda rəqabətə davamlı olmağı təmin edir.

TƏRƏFDAŞLAR